Loading

Etnik azlıqların təcridi və inteqrasiyaya yardım edən amillər

David Qareci monastırı kompleksinə görə, Gürcüstan-Azərbaycan əlaqələri gərginləşdi və bu hadisələri ilk olaraq Gürcüstanda yaşayan azərbaycanlı icmasına mənfi təsir göstərdi.

Müxtəlif siyasətçilər tərəfindən edilmiş bəyanatlar Gürcüstan vətəndaşı olan etnik azlıqlara mənfi təsir göstərdi. İrakli Okruaşvili tərəfindən “Facebook” da yayımlanmış yazı da bu qəbildəndir.

Müxtəlif dövrlərdə müdafiə naziri, daxili işlər naziri və iqtisadi inkişaf naziri kimi fəaliyyət göstərmiş Okruaşvili yazıb ki, 2005-ci ildə Azərbaycan daxili işlər naziri ilə görüşüb və araq içərək hədələyib ki, əgər məsələ ilə bağlı güzəştə getməsələr, “Qırmızı körpüdə 500 000 qaçqın qəbul edəcəklər”.

Keçmiş nazirin Facebookdakı paylaşımına qeyri hökumət təşkilatları birliyi – “Bərabərlik Naminə Koalisiya” münasibət bildirib.

Onların bəyanatında deyilir ki, siyasətçi tərəfindən etnik azlıqlara qarşı ritorika dominant siyasətin və Gürcüstan vətəndaşları olan etnik azlıqlara qarşı münasibətin təzahürüdür, bu isə “bu qrupları kənarlaşdırmağa və sosial təsnifləndirməyə” şərait yaradır.

Etnik azlıqların gürcü ictimaiyyətinə inteqrasiyası məsələsi gündəlikdə kəskin şəkildə durarkən, qeyri-gürcü məktəblərində dövlət dilinin tədrisi prioritet elan olunmuşkən, tarixi vətənin etnik azlıqların dünya görüşünə və Gürcüstanda yaşayışına təsir göstərməməsindən söhbət gedərkən bu və ya bunun kimi bəyanatlar ekspertlərin fikrincə dövlətçiliyə zərər vurur.

“Gürcü Arzusu” partiyasının və Parlamentin üzvü Mariam Caşi bəyan etmişdi ki, “Azərbaycanda yaşayan gürcülərin hüquqları təhsil və digər sahələrdə Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları ilə eyni olmalıdır”.

“Bərabərlik naminə koalisiya” öz bəyanatında Mariam Caşinin bəyanatına da toxunub və qeyd edib ki, “Azərbaycan respublikası Gürcüstan üçün qonşu ölkədir və bu ölkə ilə əməkdaşlıq münasibətləri hər baxımdan əhəmiyyətlidir, lakin bu mühit Gürcüstanda yaşayan Azərbaycanlı icmasının Gürcüstanın tamhüquqlu vətəndaşı kimi qəbul olunmasına və inteqrasiyasına təsir etməməlidir”.

Kamran Məmmədov Gürcüstan vətəndaşıdır. O, Fulbrayt magistr proqramı ilə təhsil almaq üçün məhkəməyə müraciət etməli olmuşdu. Dövlət qrantı verilməsi qərarını verən komissiya onu bloklamışdı. Mövcud sistemə görə, komissiya üzvləri onu 1 baldan 3 baladək dəyərəndirməli idilər. Tələb olunmuş məlumata görə isə, komissiya üzvlərindən biri ona sıfır bal yazmışdı. Kamran məhkəməni qazandı. Məhkəmə məsələni diskriminasiya kimi dəyərləndirdi. Bu gün o, ikiillik magistr proqramının məzunudur. Baxmayaraq ki, hazırda Amerikadadır, Mariam Caşinin Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları Azərbaycanda yaşayan gürcülərin hüquqları ilə eyniləşdirilməsimövzusunda bəyanatına “Mariam Caşi üzr istəməlidir, ya yox?” başlıqlı yazı həsr edib.

“Mən düşünürəm ki, Mariam Caşinin bəyanatı Gürcüstanda, gürcü ictimaiyyətində qeyri-gürcü ictimaiyyətə qarşı mövcud olan gizli münasibət idi ki, bunun barəsində heç kəs danışmır. Lakin bəzən belə çıxışlar olur ki, Mariam Caşi də çıxdı və dürüst şəkildə nə düşündüyünü dilə gətirdi. Gürcüstanda konkret qrupları tam hüquqlu vətəndaş hesab etməmələri ciddi problemdir” - Kamran Məmmədov dedi.

Gürcü dili və ədəbiyyatı üzrə mütəxəssis Oqtay Kazımov üzr istənilməsindən söz açmayıb. O, siyasətçilərin bəyanatlarının sıravi vətəndaşlara təsirini analiz edib. Oqtay İrakli Okruaşvilinin Davit Qareci ətrafındakı delimitasiya probleminin həlli üçün Gürcüstanda yaşayan etnik azlıqlardan istifadə olunması ilə bağlı bəyanatında aşağıdakı porblemi görür:

  • Dövlət etnik azıqları tamhüquqlu vətəndaş kimi qəbul etmir;
  • Etnik azlıqları qonşu dövlətin təsir sahəsi kimi qəbul edir;
  • Bu xristian, etnik gürcü seçicilərin emosiyaları ilə oynamaqdır;

Gürcü dili filoloqunun fikrincə, belə nifrət dili ilə dolu bəyanatlar dövlətçilik əleyhinədir, diskriminasiyalıdır və nifrət toxumu əkir. Bu isə inteqrasiya və etnik mənsubiyyətinə baxmayaraq tamhüquqlu vətəndaşlığa mane olur.

Ravil Məmmədov Marneulinin yeni nəsil fəallarındandır. O, etnik azlıqlar üçün yaradılmış proqramdan yararlanaraq ali təhsil müəssisəsinə qəbul olub. Dövlət dilini öyrənmək onun üçün çətin olmayıb. Lakin onun fikrincə, tam inteqrasiya yalnız gürcü dilinin öyrənilməsindən asılı deyil.

Barışıq və vətəndaş bərabərliyi üzrə keçmiş dövlət naziri Paata Zakareişvilini dinləyəcəyik. O, əvvəllər bildirmişdi ki, etnik azlıqların məskunlaşdığı bölgələrdə sakinlərə və onların daxili siyasətinə DTX nəzarət edir. Onun fikrincə, Gürcüstan vətəndaşlarına qarşı belə sərt diqqət dövlətin onları tamhüquqlu vətəndaş kimi qəbul etmədiyini göstərir.

Onun sözlərinə görə, Siyasi iradə çox mühümdür. Əgər siyasi dəyərləriniz yoxdursa, siyasi iradəniz ola bilməz. Əgər bu xalq bizim sakinlərimiz, bizim vətəndaşlarımız olduğunu, digərləri ilə eyni hüquqa malik olduğunu hiss etmirsə, əgər onlar özlərini Gürcüstanın digər vətəndaşları kimi hiss etmirlərsə, zəhmət çəkib buna reaksiya göstərməlisən. Əgər hər kəsin öz etnik dəyərləri ilə, dini dəyərləri ilə təmsil olunduğu inteqrasiya dəyərləriniz lazımi şəkildə formalaşmayıbsa, əgər onlar gürcülər kimi, pravoslavlar kimi olduğunu hiss etmirsə, zəhmət çəkib bu vəziyyəti düzəltməlisən. Mən görmürəm ki, dövlət ictimai şəkildə bunun qəbul edilməz olduğunu desin. Ola bilsin daxildə nəsə olur, lakin Okruaşviliyə heç nə edə bilməzsən, çünki hələ ki, bir fərd hesab olunur. Allah qorusun, əgər siyasətə qayıdarsa, hamımız səsimizi yüksəltməliyik, çünki 2008-ci il kontekstində Gürcüstana nələr etdiyini gördük. Bəlkə sona qədər edə bilmədi, amma bütün bunları o, başladı. Bu fonda bir bədbəxtçilik fərdi şəxs olan Okruaşvilidir, bir bədbəxtçilik də bu şəxsə cavab verməyən Parlament üzvləridir.

Barışıq və vətəndaş bərabərliyi üzrə keçmiş dövlət naziri Paata Zakareişvilini dediyinə görə, bu gün millətpərəst və faşist təşkilatların son ...... dövrüdür və belə diskriminasiya ritorikası Amerikada da duyulur. Lakin orada güclü vətəndaş cəmiyyəti və hər bir vətəndaşın hüquqlarını təmin edən qanun var. Gürcüstanda inteqrasiya prosesi nəticə verəcək, lakin ümumi siyasət kontekstində bu proses çox yavaş irəliləyir. Çıxış yolunu isə Zakareişvili fəal vətəndaş cəmiyyətində, müstəqil mətbuatda və açıq müzakirələrdə görür.
Created By
MarneuliFM Community radio
Appreciate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.