Loading

Marneulini “Google”-da turizm məkanı kimi tapmaq olmur

Dostlar bir yerə toplaşsa və şənbə-bazar gününü Marneulidə keçirməyə qərar versə, nə olacaq? Əlbəttə, qrupun ilk gördüyü iş sadəcə Marneulini “Google”-da axtarmaq olacaq. “Marneuli” – bu sözü “Google”-un axtarış sisteminə daxil etdikdən sonra potensial turistin Marneulini görmək istəyi tamamilə itə bilər, çünki axtarılan materialda ümumiyyətlə turizmlə əlaqədar heç nə yoxdur. “Google” axtarışından sonra ilk qarşılaşdığımız yenilik “Wikipedia”-dır, amma təəssüf ki, Marneulinin turizm üçün maraqlı yerlərindən orada da söhbət açılmır.

Gürcüstana gələnə qədər səyahətçilərin 58% məlumatı dostlarından/yaxınlarından, 22% isə internetdən alır.

Gürcüstanın Milli Turizm Administrasiyasının 2019-cu ilin ikinci rübündə beynəlxalq turistlərlə bağlı hesabatına əsasən ölkəyə turistlərin çox hissəsi Rusiyadan, Azərbaycandan və Ermənistandan gəlirlər. Onların əsas məqsədi isə əyləncə, istirahət və dincəlməkdir.

Həmin araşdırmaya əsasən Marneuli turistlər tərəfindən maraq göstərilən şəhərlərin ilk üçlüyündə yer alır. Birinci yerdə 58%-lə paytaxt Tbilisi, sonra 28%-lə Batumi və 11%-lə Marneuli gəlir. Baxmayaraq ki, Gürcüstana daxil olan turistlərin 11%-i Marneuliyə gəlir, onların əsas məqsədi buranı seyr etmək deyil, buradan keçərək Gürcüstanın başqa şəhərlərinə və kurort yerlərinə getməkdir.

Marneulinin turizm potensialı haqqında heç Marneuli sakinlərinin yarısının da məlumatı yoxdur. Sadaxlıda, mərkəzi çayxanada, il ərzində milyondan artıq xarici turistin keçdiyi məkanda Marneulidə aşkarlanan 8000 il tarixi olan ilk üzüm toxumları haqqında məlumatları yoxdur. Təəssüf ki, onların Quşçu (Qaqi) qalası, Tserakvidə Müqəddəs Məryəm adına monastır, Opreti qalası, dağ kompleksi və s. kimi tarixi və dini abidələr haqqında məlumatları yoxdur.

"- Marneulidə yaxşı təbiət və hava var. Buna görə buraya turist gələ bilər.

- İmirin qazılmış dağı haqqında nə bilirsiniz?

- Hansı dağ?

- 8000 min il bundan əvvəlki üzüm toxumlarının aşkar olunduğu dağ.

- Heç nə bilmirəm”. – Sadaxlı sakini olan kişi deyir.

Marneuli Meriyası Marneulidə turizmin inkişafı məqsədi ilə kampaniyaya başlamağı planlaşdırır.

Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidze bizimlə söhbətində deyir ki, bələdiyyə tərəfindən hazırlanan inkişaf planında PR kampaniyasının böyük rolu var.

“Bələdiyyə turizmin inkişafı istiqamətində strategiya ilə bağlı öz baxışları var və bu kontekstdə məlumat kampaniyalarının və məlumatlandırma səviyyəsinin artırılması məqsədi ilə müəyyən fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Bizim şöbənin təşəbbüsü ilə veb-səhifədə “bu Marneuli bələdiyyəsidir” adlı pəncərə yaratmışıq. Bu pəncərə yüklənməyib, orada mədəni-irsi abidələr və maraqlı kəndlər haqqında məlumat var. Düşünürük ki, bu pəncərə daha fəal şəkildə, Marneuli bələdiyyəsi ilə maraqlanan şəxslərə əlçatan olacaq”, – Mariam Xaçidze deyir.

Doğrudur, bələdiyyə turizmin inkişafı məqsədi ilə rəsmi veb-səhifədə müxtəlif məqalələrin yayımlanmasını planlaşdırır, amma bu mətnlər yalnız gürcü dilində əlçatan olacaq və xarici turistlər onu oxuya və məzuniyyətlərini ona uyğun planlaşdıra bilməyəcəklər.

Credits:

Created with an image by Katarzyna - "Mobilna nawigacja GPS na tablecie."