RƏQƏMLƏR
2008-ci ildə avqust müharibəsində Gürcüstan tərəfdən 412, Osetiya tərəfdən 365 hərbçi və mülki vətəndaş həlak olub. Cənubi Osetiyanın ərazisində gürcü kəndlərinin 20 min sakini qaçqın olub.
Rusiyanın rəsmi məlumatlarına görə, həmçinin 67 Rusiya hərbçisi həlak olub.
Cənubi Osetiyanın ərazisində gürcü kəndlərinin 20 min sakini qaçqın olub.
Gürcüstan 125 kənddən ibarət ərazi üzərində nəzarəti itirib..
FOTO: Ehtiyatda olan gürcü hərbçiləri Qoridə. 9 avqust 2008-ci il. REUTERS/Qleb Qaraniç
Əvvəlki dövr
Sovet İttifaqı zamanı Cənubi Osetiya Gürcüstan Sovet Sosialist Respublikasının tərkibində muxtar vilayət idi. SSRİ dağılandan sonra Gürcüstan fəal şəkildə müstəqil dövlət qurmağa can atırdı, Cənubi Osetiya isə Rusiya ilə ittifaqda qalmaq istəyirdi. Tezliklə Gürcüstanda milliyyətçi lider Zviyad Qamsaxurdiya hakimiyyətə gəldi, Cənubi Osetiyada separatçı hərəkat yarandı və Tbilisinin vilayətlə münasibətləri çox gərginləşdi.
МCənubi Osetiya, Leninqor şəhərində mitinq. 1989-cu il.Foto: Cemal Kasradze. Gürcüstanın Milli Kitabxanası
Faktiki olaraq 1980-ci illərin sonlarından gürcü-osetin milli-ərazi münaqişəsi başlandı və 1990-1992-ci illərdə hərbi fazaya keçdi. Rusiya bu münaqişədə formal olaraq Gürcüstanı dəstəkləyirdi, qeyri-formal olaraq isə Cənubi Osetiyanı.
1991-ci ildə Cənubi Osetiya birtərəfli qaydada Gürcüstanın tərkibində muxtaar vilayət statusunu ləğv etdi və özünü Gürcüstanın tərkibində respublika elan etdi. Gürcüstan Parlamenti nəinki bu respublikanı tanımadı, hətta muxtar vilayət statusunu da ləğv etdi. Nəticədə Gürcüstan qanunvericiliyinə əsasən, Cənubi Osetiya ölkə tərkibində ümumiyyətlə heç bir inzibati statussuz qaldı.
1992-ci ildə Cənubi Osetiya Gürcüstandan müstəqilliyini bəyan etdi, nə Gürcüstan, nə də Rusiya daxil olmaqla dünyanın heç bir dövləti onu tanımadı.
Müharibə nəticəsində Gürcüstan Cənubi Osetiya üzərində nəzarəti itirdi. Müharibənin aktiv fazası bitəndən sonra regionda sülhü təmin etmək üçün Gürcüstan, Rusiya və Osetiya sülhməramlıları yerləşdirildi.
Təxminən 10 ilə yaxın müddətdə bir neçə qısamüddətli gərginləşmə ilə müşayiət olunan qeyri-stabil sülh dövrü davam etdi. Tbilisinin nəzarəti bu dövrdə Cənubi Osetiyanın xeyli hissəsini əhatə edirdi, hər iki münaqişə tərəfindən insanlar azad şəkildə gedib-gələ bilirdilər, fəal ticarət aparırdılar, məzarlıqları və qohumlarını ziyarət edirdilər.
2004-cü ildə Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Saakaşvili inauqurasiya günündə bəyan etdi ki, onun prezidentliyinin əsas hədəfi Gürcüstanın ərazi bütövlüyünün bərpası olacaq. Nəticədə o və hökumət üzvləri dəfələrlə Cənubi Osetiya və Abxaziyanın Gürcüstanın nəzarəti altına qaytarmaq niyyətlərini açıqlayıblar.
Beynəlxalq aləm qeyd-şərtsiz Gürcüstanın ərazi bütövlüyünü dəsdəkləməyə davam edirdi. O zaman Rusiya da bu mövqedə idi, amma fəal şəkildə Cənubi Osetiyanı maliyyə və siyasi cəhətdən dəsdəkləyirdi. O cümlədən də Cənubi Osetiya sakinlərinin çoxu Rusiya pasportu almaq imkanı əldə etmişdi.
Gürcüstan prezidenti Mixail Saakaşvili dəfələrlə Abxaziya və Cənubi Osetiyaya Federativ dövlət tərkibində geniş muxtariyyət, o cümlədən də Abxaziya nümayəndəsinə baş nazir müavini vəzifəsi qismində sülh təşəbbüsləri ilə çıxış edib.
2006-cı ildə Tbilisi Cənubi Osetiyanın muxtariyyət statusunu bərpa etdi və Cənubi Osetiya prezidenti üçün alternativ status yaratdı. Eyni zamanda prezident seçkilərinin iki prosesi baş tutdu: Birini Sxinval/i administrasiyası, ikincini isə qeyri-formal olaraq Tbilisi həyata keçirdi.
Sxinval/inin keçirdiyi prezident seçkilərində Eduard Kokoytı qələbə qazandı. Tbilisinin dəsdəklədiyi prezident seçkilərində isə Dmitri Sanakoyev qalib oldu.
Bu məqamdan etibarən Cənubi Osetiyanın iki administrasiyası yarandı, onların heç biri digərini tanımırdı.
Kosovonun tanınması
2007-ci il fevralın 17-də tarixi hadisə baş verdi – uzun müddətli münaqişədən sonra beynəlxalq aləmin böyük hissəsi o zamana qədər Serbiyanın tərkibində olan Kosovo regionunun müstəilliyini tanıdı.
Rusiya bu qərarın qəti əleyhinə idi və “Kosovoya görə cavab verəcəyini” vəd etdi. O zaman Moskva Abxaziya və Cənubi Osetiya ilə bağlı konkret tədbirlər görməyə başladı. Məsələn:
- 2008-ci il martın 6-da 1996-cı il MDB Sazişindən çıxdı. Bu saziş MDB ölkələrinə Abxaziya ilə siyasi, hərbi və iqtisadi əlaqələr qurmağı qadağan edirdi.
- Martın 21-də Dövlət Duması RF hökumətini Gürcüstanın iki regionunun müstəqilliyini tanımaq ehtimalını nəzərdən keçirməyə çağıran bəyannamə qəbul etdi.
- Aprelin 16-da Rusiya prezidenti Vladimir Putin Rusiya rəsmi orqanlarının Suxum/i və Sxinval/i ilə birbaşa əlaqələrin qurması haqda fərman verdi.
Foto:Cənubi Osetiya qadınları paytaxt Sxinval/idə dağıdılmış evlərinin xarabalıqları önündə. 11 avqust 2008-ci il REUTERS / Denis Sinyakov
2008-ci ilin yayı – müharibə necə başladı?
2008-ci ilin yayında regionda mütəmadi atışmalar başladı. Həm osetin, həm də gürcü kəndlərinin sakinləri bildirirdilər ki, gecələr kəndləri atəşə tutulur. Tərəflər bir-birini atəş açmaqda günahlandırır, ölənlər və yaralananlar haqda məlumat verirdilər.
3 iyul 2008
Dmitri Sanakoyevə hücum oldu, onun maşını Cənubi Osetiyada gürcü kəndlərinin ərazisində partladıldı. Həmin vaxta qədər o, Gürcüstanın dövlət strukturlarına daxil olan Cənubi Osetiyanın müvəqqəti administrasiyasının rəhbəri statusuna sahib idi. Cənubi Osetiyanın de-fakto və Moskva rəhbərlikləri bəyan etdilər ki, partlayışı Gürcüstan təşkil edib. Tbilisi bunu inkar edirdi.
Ekspertlərin çoxu hesab edir ki, bütün bu baş verənlər müharibə yolunda “dönüşü olmayan nöqtə” oldu..
Ayrılmış Cənubi Osetiya bölgəsinin yaxınlığında, paytaxt Tbilisidən 100 km aralıda, Erqneti kəndində gürcü hərbçisi post tutub. 5 avqust 2008-ci il. REUTERS/İrakli Gedenidze
10 iyul 2008
ABŞ dövlət katibi Kondoliza Rays Gürcüstana gəldi. O, bəyan etdi ki, gürcü-osetin münaqişəsində hərbi həllə imkan vermək olmaz.
“Münaqişələrin nizamlama yolları sülhlə olmalıdır, Gürcüstanın Rusiya ilə əlaqələri isə nəinki normallaşdırılmalıdır, hətta yaxşılaşdırılmalı və ən yaxşı gələcəyə və perspektivə köklənməlidir”
Rusiya bu səfəri çox mənfi qarşıladı. O zaman, elə indiyə qədər də rusiyalı siyasətçilər və ekspertlər bildirirlər ki, ABŞ dövlət katibinin Gürcüstana gəlişi Cənubi Osetiyada hərbi əməliyyatlara başlaması üçün Tbilisi qarşısında “yaşıl işığın” yandırılması deməkdi.Р
Rusiya sülhməramlıları Tbilisidən təxminən 100 km aralıda, Erqneti kəndində, nəzarət-buraxılış məntəqəsinin yanında. 5 avqust 2008-ci il. REUTERS/İrakli Gedenidze
15 iyul 2008
Rusiya “Qafqaz-2008” geniş miqyaslı hərbi təlimlərə başladı. Təlimlər bütün Şimali Qafqazda, Gürcüstan sərhədinin bilavasitə yaxınlığında keçirilirdi. Təlimlərdə 8 min hərbçi iştirak edirdi. Şimali Osetiya ərazisində Gürcüstan sərhədinin yaxınlığında səhra hospitalı yaradılmışdı, daha sonra avqust müharibəsində yaralananları orada müalicə edirdilər.
Elə həmin gün Gürcüstanda ABŞ-ın, həmçinin Ukrayna, Ermənistan və Azərbaycanın “Immediate response-2008” hərbi təlimləri başladı.
1 avqust 2008
Gürcüstan Şida Kartli regionunda, gürcü-osetin münaqişəsi zonasında kənardan idarə olunan mina ilə gürcü polisləri daşıyan avtomobil partladıldı. Onlardan beşi yaralandı.
Bu olay kəskin gərginləşməyə səbəb oldu – bütün günü həm Şidi Kartli, həm də Cənubi Osetiya ərazisindəki gürcü və osetin kəndləri arasında atışma davam etdi. Sxinval/i 6 nəfərin həlak olduğu, 15 nəfərin yaralandığı xəbərini yaydı.
Bu olay kəskin gərginləşməyə səbəb oldu – bütün günü həm Şidi Kartli, həm də Cənubi Osetiya ərazisindəki gürcü və osetin kəndləri arasında atışma davam etdi. Sxinval/i 6 nəfərin həlak olduğu, 15 nəfərin yaralandığı xəbərini yaydı.
FOTO: Gürcü kəndlərinin yaşlı sakinləri Sxinval/i yaxınlığındakı Xeyti kəndindən Qoriyə evakuasiya olunacaqları günü gözləyirlər. Daha sonra Xeyti kəndi Cənubi Osetiya qüvvələri tərəfindən məhv edilib. REUTERS / Denis Sinyakov
3 avqust 2008
Gürcüstan mediasında Şimali Osetiya (RF) ərazisindən Cənubi Osetiyanın Cav rayonuna Rusiya Ordusunun hərbi hissələrinin daxil olduğu xəbəri yayıldı
Eyni zamanda gürcü-osetin münaqişə zonasındakı Şida Kartli sakinləri bildirirdilər ki, regionda gürcü hərbçilərinin sayı artır.
Foto:Gürcü əsgərlər Sxinval/i şəhəri yaxınlığındakı nəzarət-keçid məntəqəsində Rusiya sülhməramlılarının keçməsini əngəlləyir. 8 avqust 2008-ci il. REUTERS / İrakli Gedenidze
4 avqust 2008
Bir neçə vacib hadisə.
- Rusiyanın “Kavqazskiy uzel” informasiya agentliyi Cənubi Osetiyadan evakuasiya edilən uşaq və qadınların Rusiyaya gətirildiyi haqda yazdı.
- Cənubi Osetiya prezidenti Eduard Kokoytı Gürcüstan xüsusi xidmət orqanlarının Cənubi Osetiya ərazisində terror aktları hazırladığını bəyan etdi. O bildirdi ki, Şimali Osetiyadan respublikaya artıq 300 nəfərə yaxın könüllü cəlb olunub, iki min nəfərə yaxın insanın gəlməsi də gözlənilir. Həmçinin o deyib ki, yaxın zamanda Cənubi Osetiyaya Rusiyadan Əfqanıstan Müharibəsi Veteranları Federasiyasının üzvləri də gələcək.Tbilisi bunun cavabında bəyan etdi ki, Cənubi Osetiya və Abxaziya qəsdən münaqişə zonasında vəziyyəti gərginləşdirir.
- Gürcüstan bəyan etdi ki, o zaman üçün Tbilisi, Sxinval/i, Vladiqafqaz və Moskvanın iştirakı ilə yeganə rəsmi danışıq müstəvisi olan Qarışıq Nəzarət Komissiyası çərçivəsində işini davam etdirməkdən imtina edir. Tbilisi bəyan etdi ki, Moskva danışıqlar prosesindən çıxmalıdır və sülh prosesi üçün yeni ikitərəfli gürcü-osetin formatı yaradılmalıdır.
7 avqust 2008
Hadisələrlə zəngin gün.
1. Osetin və gürcü kəndləri hələ də atəşə tutulur, ölənlər və yaralananlar var.
2. Qarışıq Nəzarət Komissiyası ətrafında müzakirələr davam edir. Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temuri Yakobaşvili və Qarışıq Komissiyanın Rusiya tərəfindən olan həmsədri Yuri Popov Cənubi Osetiya ərazisində müştərək çalışırlar.
3. Gürcüstan XİN rəsmi şəkildə Rusiyaya müraciət edərək, “Cənubi Osetiyanın kriminal rejiminə” təsir göstərməyi, gürcü kəndlərinin atəşə tutulmasının qarşısını almağı və osetin tərəfinin gürcü-osetin ikitərəfli nizamlama prosesinə cəlb olunmasını tələb etdi.
4. Yakobaşvili və Popov razılığa gəldilər ki, avqustun 8-də 13.00-da Rusiyanıın vasitəçiliyi ilə komissiyanın iclası keçirilsin.
5. 19:10-da Gürcüstanın bütün telekanallarında ölkə prezidenti Mixail Saakaşvilinin çıxışı yayımlandı. O bəyan etdi ki,
“bizim nəzarətimizdə olan bircə gürcü birləşməsi, bircə polis və ya digər birləşmələr çox intensiv bomba yağışının qarşısını almaq üçün cavab atəşi açmağa çalışmayıb”.
Saakaşvili bəyan etdi ki, Tbilisi Cənubi Osetiyaya “mütləq muxtariyyət” təklif edir.
“Mən həmçinin Rusiyaya Gürcüstanın tərkibində Cənubi Osetiya muxtariyyətinin qarantı olmağı təklif edirəm”, - Saakaşvili dedi.
Həmçinin Saakaşvili Cənubi Osetiya əhalisinə də müraciət etdi:
“Sizə yalvarıram. Biz sizinlə müharibə etmək istəmirik. Dövlətimizin səbrini sınamayın. Gəlin, bu eskalasiyanı bitirək və danışıqlara başlayaq – birbaşa, çoxtərəfli, necə istəyirsiz”.
6. 20:30-da Gürcüstan XİN yaydığı bəyanatda bildirdi ki, “Sxinvali ətrafında bütün gürcü mövqeləri hazırda atəş altındadır”.
7. 20:30-da Gürcüstan XİN yaydığı bəyanatda bildirdi ki, “Sxinvali ətrafında bütün gürcü mövqeləri hazırda atəş altındadır”.
8. Gecəyarısına yaxın Gürcüstanın Müdafiə Nazirliyinin nümayəndəsi Mamuka Kuraşvili jurnalistlərə bildirdi ki, Cənubi Osetiya tərəfi Tbilisinin birtərəfli atəşkəs haqda qərarını rədd edib və münaqişə zonasında gürcü kəndlərini bombalamağa davam edib.
“Biz regionda konstituya quruluşunu bərpa etmək rərarına gəldik”, - Kuraşvili bildirib.
Daha sonra Gürcüstan prezidenti və digər rəsmi şəxslər konstitusiya quruluğunun bərpası ilə bağlı istənilən ehtimalı rədd etdilər. Kuraşvilinin özü isə bildirdi ki, onun bəyanatı impulsiv olub.
8 avqust 2008
Cənubi Osetiya ərazisində Gürcüstan ordusu və Cənubi Osetiyanın hərbi hissələrinin iştirak etdiyi döyüşlər gedir.
Günün birinci yarısında Tbilisi elan etdi ki, Gürcüstan qüvvələri Sxinval/i ətrfaında bütün kəndləri və şərəhlərin 70 faizini nəzarət altına alıb.
Rusiyanın baş naziri Vladimir Putin bəyan etdi ki,
“Gürcüstanın Cənubi Osetiyaya qarşı əməlləri cavab tədbirlərinə gətirib çıxaracaq”.
Rusiya təyyarələri Gürcüstanın şəhər və obyektlərini bombalayıb:
- Gürcüstanın Qori şəhəri (Şida Kartli regionunun mərkəzi, münaqişə zonasının yaxınlığı);
- Vazianidə hərbi baza (Tbilisi yaxınlığında);
- Marneulidəki hərbi aerodrom (Kvemo Kartli regionu, Tbilisinin 40 kilometrliyində, münqişə zonasının o biri tərəfində);
- Senaki şəhərində (Samqrelo regionu) hərbi aerodrom, hərbi baza və dəmiryolu vağzalı;
- Gürcüstanın Poti şəhərində (Samqrelo regionu, münaqişə zonasından uzaqda yerləşir) liman.
Bir çox qərb ölkələrinin liderləri başlanan müharibəni pisləyib və tətərfləri toquşmaları bitirməyə və danışıqlar masasnın ətrafına oturmağa çağırıblar.
Bir çox qərb ölkələrinin liderləri başlanan müharibəni pisləyib və tətərfləri toquşmaları bitirməyə və danışıqlar masasnın ətrafına oturmağa çağırıblar.
BMT Təhlükəsizlik Şurası Rusiyanın tələbi ilə təcili iclas çağırıb. Rusiyanın təklif etdiyi bəyannamə mətni qəbul olunmayıb. İclasın yekununda BMT başlayan müharibə ilə bağlı dərin narahatlığını bilririb, xüsusi bəyannamə qəbul olunmayıb.
9 avqust 2008
Gürcüstan prezidentinin fərmanı dərc edilib. Fərmanda o, Sxinval/i və Rusiyanı dinc gürcü əhaliyə qarşı kütləvi hücumda günahlandırıb. Əmrdə deyilib ki, “Gürcüstan adekvat tədbirlər görüb”.
Sənəddə ilk dəfə Rusiya qoşunlarının Cənubi Osetiya ərazisinə daxil olduğu haqda rəsmi məlumat səslənir. Amma qeyd olunur ki, bu, avqustun 8-də baş verib.
Rusiya təyyarələri Gürcüstan ərazisində şəhər və obyektləri bombalamağa davam edib:
- Kutaisi şəhəri yaxınlığında Kopitnari aeroportu (İmereti regionu münaqişə zonasında deyil):
- Qori şəhərində dəmiryolu vağzalı və yaşayış binaları. Yerli sakinlər həlak olub.
Rusiyanın baş naziri Vladimir Putin Vladiqafqaza (Şimali Osetiya) gəlib və bəyan edib:
“Gürcüstan hakimiyyətinin Cənubi Osetiyada törətdikləri, əlbəttə ki, cinayətdir. Və hər şeydən əvvəl bu, öz xalqına qarşı cinayətdir. Çünki Gürcüstanın özünün ərazi bütövlüyünə qarşı ölümcül zərbə endirilib, bu isə dövlətçiliyə böyük ziyan deməkdir. Bütün olanlardan və hələ də davam edənlərdən sonra Cənubi Osetiyanı Gürcüstan dövlətinin tərkibinə daxil olmağa necə razı salmaq mümkün olduğunu təsəvvür etmək çətindir”.
Qərbi Gürcüstanda Kodor dərəsində gərkinlik başlayıb. Dərə gürcü-abxaz münaqişə zonasında yerləşir.
Foto:Rusiya hərbi maşınlarından ibarət kolon Cənubi Osetiya yolunda, Şimali və Cənubi Osetiya arasındakı sərhədin yaxınlığında. 9 avqust 2008-ci il. REUTERS / Denis Sinyakov
10 avqust 2008
Avqustun 10-da səhər Rusiya ordusunun hissələri, o cümlədən də ağır texnika Sxinvaliyə daxil oldu.
Gürcüstan qüvvələrin yerdəyişməsini və Sxinval/idən çıxarılmasını elan etdi.
Rusiya qoşunları Qori şəhərinə (Şida Kartli regionunun mərkəzi, münaqişə zonasına yaxın) doğru yönəldi.
Rusiya təyyarələri yenə də Gürcüstanın şəhər və obyektlərini bombalayıb:
- Tbilisidə aviasiya zavodu;
- Zuqdidi yaxınlığında (Qərbi Gürcüstan, gürcü-abxaz münaqişə zonası) rabitə qovşağı.
Rusiya hərbi gəmiləri Qara dənizdə dəniz kordonu əmələ gətirərək, Gürcüstanın dəniz sahilini blokladı.
Gürcüstan prezidenti Mixail Saakaşvili Moskvaya hərbi əməliyyatları dayandıraraq, danışıq masasına əyləşməyi təklif etdi.
Rusiya baş naziri Vladimir Putin cavabında Gürcüstanı Cənubi Osetiyaya qarşı hərbi təcaavüzü dayandırmağa səslədi.
Bir çox qərb ölkələri müharibəni dayandırmaq üçün fəal danışıqlar aparırdı.
Foto:Gürcü sakinlər Sxinval/i yaxınlığındakı evlərini tərk edirlər. 8 avqust 2008-ci il. REUTERS / Devid Mdzinarişvili
11 avqust 2008
Rusiya prezidenti Dmitri Medvedyev bəyan edib ki, Rusiya Gürcüstanda “sülhə məcbur etmə üzrə əməliyyat” həyata keçirir və əməliyyatı sona çatdıracaq.
Rusiya aviasiyası Tbilisidə rabitə qovşağını bombaalayıb.
Rusiya ordusunun hissələri Abxaziyadan Zuqdidi və Seneki şəhərlərinə daxil olub və bir çox inzibati binaları ələ keçiriblər.
Gürcüstan qoşunları münaqişə zonasından tamam çıxarılıb.
Foto:Qaçqın qadın Cənubi Osetiya qəsəbəsi Cavada avtobusda oturub. REUTERS/Said Sarnaye
12 avqust 2008
Rusiya prezidenti Dmitri Medvedyev öz qoşunlarına hərbi əməliyyatı bitirmək əmri verib.
Gürcüstan ordusu yalnız Cənubi Osetiyanı deyil, həm də Kodor dərəsini – Abxaziyanın Tbilisinin nəzarətində olan yeganə hissəsini tərk edib.
Moskva ABŞ və Böyük Britaniya hökumətləri tərəfindən tənqidə məruz qalıb.
Rusiya aviasiyası Qoridə mərkəzi meydanı bombalayıb, səkkiz yerli sakin həlak olub, 15 nəfər yaralanıb. Bu bombardman nəticəsində Hollandiya televiziyasının operatoru Stan Storimans da həyatını itirib.
Rusiya hücum vertolyotu Qori yaxınlığında avtomobil magistralında mülki mikroavtobusu atəşə tutub. Doqquz sərnişin həlak olub.
Estoniya, Litva, Polşa və Ukrayna prezidentləri, o cümlədən də Latviyanın baş naziri Gürcüstanla həmrəylik ifadə etmək üçün Tbilisiyə gəliblər.
Moskvada Rusiya rəhbərliyi ilə danışıqlardan sonraa Fransa prezidenti Nikolya Sarkozi Gürcüstana gəldi. O, sülh planı gətirmişdi.
Atəşkəs haqda saziş
Sarkozinin rəhbərliyi altında hazırlanan sülh planı altı maddədən ibarət idi və Rusiya rəhbərliyi ilə razılaşdırılmışdı.
Amma Sarkozinin bəyan etdiyi kimi Gürcüstan prezidenti sənədi imzalamaqdan imtina etdi və oradan altıncı maddənin çıxarılmasını tələb etdi.
Altıncı maddə Abxaiya və Cənubi Osetiyasının siyasi statusu ilə əlaqədar beynəlxalq müzakirələrin başlanmasını təklif edirdi.
Saakaşvili altıncı maddənin başqa versiyasını irəli sürdü. Onun versiyası belə səslənirdi:
“Cənubi Osetiya və Abxaziyada davamlı təhlükəsizliyin təmin edilməsi yollarının beynəlxalq müzakirəsinin başlanması”.
Üç ölkə: Gürcüstan, Rusiya və Fransa prezidentlərinin imzalaadığı sənədə məsələnin məhz bu cür qoyuluşu daxil edilib.
bombardmana məruz qalmış doğma kəndindən qaçan 73 yaşlı cənubi osetiyalı qaçqın Nadejda Pliyeva Sxinvali yaxınlığında Cava kəndində oturub. 11 avqust 2008-ci il.
2008-ci il avqust müharibəsinin nəticələri
Avropa İttifaqqının yaratdığı xüsusi beynəlxalq komissiyanın məruzəsinə əsasən, 2008-ci ildə gürcülərdən 412 hərbçi və mülki şəxs, osetinlərdən isə 365 hərbçi və mülki şəxs həlak olub.
Rusiyanın rəsmi məlumatına əsasən, 67 nəfər də Rusiya hərbçisi həyatını itirib.
Cənubi Osetiya ərazisindəki gürcü kəndlərinin 80 min nəfərə yaxın əhalisi evlərini tərk etməli olub və Gürcüstanda məcburi köçkün sıralarına daxil edilib.
Avqustun 26-da Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov bu qərarı belə izah edib:
“Müstəqil dövlət kimi tanımaq kimi məqsəd olmayıb. Amma Tbilisidən revanşçı siqnallar səslənməyə başladı. M.Saakaşvili Rusiya və Fransa prezidentlərinin atəşkəsə riayət olunması, ən əsası isə Cənubi Osetiya və Abxaziyanın statusunun müəyyən edilməsi ilə bağlı beynəlxalq diskussiyaların başladılması (biz statusu beynəlxalq kontekstdə müzakirə etməyə hazır idik) haqda təkliflərdən imtina etdi. M.Saakaşvili dedi: “heç bir müzakirə”.
"Onun növbəti revanşçı bəyanatları bizi o nəticəyə gətirib çıxardı ki, bizim dəyərləndirməmizə görə, xalqların təhlükəsizliyi və həyatda qalması üçün müstəqilliklərinin tanınmasından başqa yol yoxdur”.
Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyandan sonra Gürcüstan Rusiya ilə diplomatik münasibətlərini bitirdi.
2008-ci ilin avqustunda Cənubi Qafqazda baş verən müharibənin səbəblərinin araşdırılması üzrə beynəlxalq komissiyanın məruzəsi
2008-ci ilin avqustunda baş verənlərin təhlilinə dair bu gün yalnız bir müstəqil rəsmi sənəd mövcuddur. Bu, müharibənin başlama şəraitinin araşdırılması üzrə Avropa İttifaqının rəhbərliyi altında beynəlxalq komissiyanın məruzəsidir.
Diplomat Haydi Talyavininin rəhbərlik etdiyi komissiya 10 ay işləyib və tədqiqatın nəticələrini 2009-cu il sentyabrın 30-da təqdim edib.
Məruzənin tamamını (ingilis dilində) burada oxumaq olar.
Komissiyanın əsas nəticələrinin qısa məzmunu, BBC tərəfindən hazırlanıb.